İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər 

Azərbaycan-Mərakeş ikitərəfli münasibətləri

1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 25 avqust tarixində Azərbaycanla Mərakeş  arasında diplomatik əlaqələr yaradılmışdır. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir.

Mərakeş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləmişdir.

Rəsmi əlaqələrinin ardıcıllığı

1994-cü ilin 12 dekabr tarixində Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanmışdır.

1994-cü ilin 13-15 dekabr tarixlərində Kasablankada keçirilən İslam Konfransı Təşkilatı Dövlət və Hökumət başçılarının 7-ci Zirvə Görüşü zamanı Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə Mərakeşin mərhum Kralı II Həsən arasında keçirilmiş görüş zamanı Azərbaycan-Mərakeş əlaqələrinin inkişafı və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

2000-ci ilin 09 noyabr tarixində İKT Dövlət və Hökumət başçılarının Qətərin paytaxtı Dohada keçirilmiş IX Zirvə Görüşü zamanı Azərbaycanın və Mərakeşin Xarici İşlər Nazirləri arasında görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq məsələləri müzakirə olunmuş, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq haqqında Saziş” layihəsinə hər iki dövlət tərəfindən baxılacağı barədə razılıq əldə edilmişdir.

2005-ci ilin 21 fevral tarixində Mərakeşin Türkiyə Respublikasında, eyni zamanda Azərbaycanda akkreditə olunmuş yeni Fövqəladə və Səlahiyyətli Səfiri Abdulla Zəqur etimadnamə məktublarının surətlərinin təqdim edilməsi məqsədilə Azərbaycanın Xarici İşlər Naziri tərəfindən qəbul edilmişdir. 22 fevral tarixində A.Zəqur etimadnamə məktublarını Azərbaycan Prezidentinə təqdim etmişdir.

2005-ci ilin 20 sentyabr tarixli, 999-IIQ saylı Qanuna əsasən Azərbaycan Respublikasının Mərakeşdə (Rabat şəhərində) Səfirliyi təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2006-cı il tarixli, 1511 saylı sərəncamı ilə Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2006-cı ilin 14 dekabr tarixində Azərbaycan səfiri etimadnamələrini Mərakeş Kralı VI Məhəmmədə təqdim etmişdir.

2006-cı ilin 16-17 avqust tarixlərində Kral VI Məhəmmədin xüsusi nümayəndəsi, Mərakeşin Kənd Təsərrüfatı və balıqçılığın inkişafı Naziri M.Laenserin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2006-cı ilin 30-31 oktyabr tarixlərində Mərakeş Krallığında keçirilmiş Avropa Şurasının Avropa və Aralıq Dənizi hövzəsində Əsas Risklərə dair Sazişi üzrə Nazirlər Şurasının 11-ci sessiyasında Azərbaycan tərəfini Fövqəladə Hallar Naziri K.Heydərov təmsil etmişdir.

2006-cı ilin 6-11 dekabr tarixlərində AR Təhsil Naziri M.Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Rabat şəhərində keçirilən İSESCO-nun 9-cu sessiyasında iştirak etmişdir.

2007-ci ilin 04-06 yanvar tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin mavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə Mərakeşdə səfərdə olmuşdur. Səfər zamanı Mərakeş Krallığı Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Nümayəndə Naziri cənab Taib Fissi Fihri, Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri cənab Abdelvahed Radi və Mərakeş şəhərinin investisiya mərkəzinin direktoru M.Mumni ilə görüşlər keçirilmişdir.

2007-ci ilin 16-17 aprel tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İ.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Nazir mərakeşli həmkarı M.Laenser, İSESCO-nun Baş Katibi Ə.Tveycri, Mərakeşin Xarici Ticarət Naziri M.Meşahuri və Sənaye və Ticarət Naziri cənab S.Mezuarla görüşlər keçirmişdir. Səfər zamanı “Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi və Mərakeş Krallığının Kənd təsərrüfatı, kəndlərin inkişafı və dəniz balıqçılığı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

2007-ci ilin 02-05 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Mərakeş Krallığında rəsmi səfərdə olmuşdur. E.Məmmədyarov, rəsmi səfəri çərçivəsində, Mərakeşin Baş Naziri D.Cettu, Xarici İşlər və Əməkdaşlıq Naziri M.Benaissa, Parlamentin Müşavirlər Palatasının Sədri M.Ukaça, Nümayəndələr Palatasının Sədri A.Radi və İSESCO-nun Baş Direktoru Ə.əl-Tveycri ilə görüşlər keçirmişdir. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik vətəndaşların   vizasız gediş-gəlişi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın təsis edilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

2007-ci ilin 24-27 oktyabr tarixlərində AR Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr və Mədəni Proqramlar İdarəsinin Beynəlxalq Təşkilatlarla iş şöbəsinin müdiri Y.Hüseynli və həmin nazirliyin kadrlar idarəsinin baş mütəxəssisi A.Əhmədzadə 11 sentyabr 2006-cı il tarixində İSESCO ilə AR Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Protokolunun həyata keçirilməsi çərçivəsində Mərakeşdə səfərdə olmuşlar. Səfər zamanı 2008-ci ildə İSESCO-nun Rabatdakı qərargahında Azərbaycan həftəsinin, habelə 2009-cu ildə İSESCO həftəsinin Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunmuşdur.

2007-ci ilin 09-10 noyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini V.Sadıqov Mərakeş Krallığına səfər etmişdir. Səfər zamanı nazir müavini Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri Taib Fassi Fihri, Xarici İşlər üzrə Dövlət Katibi Əhməd Ləxrif, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının Sədri Mustafa Əl-Mansuri və İSESCO-nun Baş Direktoru Ə.O.əl-Tveycri ilə görüşlər keçirmişdir.  Azərbaycanla Mərakeş arasında dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi olaraq məktub mübadilələri aparılır.

2008-ci ilin 02-04 mart tarixlərində Rabat şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Ə.Qarayevin başçılığı ilə çoxsaylı nümayəndə heyəti Mərakeş Krallığına səfər etmişdir. Mərakeşdə keçirilən Mədəniyyət Günləri çərçivəsində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti yaradılmışdır.

2008-ci ilin 14 mart tarixində BMT-nin BA-nın 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə Mərakeş ölkəmizin mövqeyini dəstəkləmişdir.

2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlər arası Dialoqda Qadınların Rolunun genişləndirilməsi” adı keçirilən Beynəlxalq Forumda Mərakeş Krallığının Mədəniyyət Naziri Touriya Jabrani, Sosial İnkişaf, Ailə və Həmrəylik Naziri Nouzha Skalli iştirak etmişdir. Səfər çərçivəsində Mərakeş Nümayəndə heyəti AR-in Mədəniyyət və Turizm Naziri Ə.Qarayev və Xarici İşlər Naziri E.Məmmədyarovla ikitərfli görüşlər keçirmişdir.

2008-ci ilin 18-20 iyun tarixlərində Azərbaycan Respublikasının Parlamentinin 90 illik Yubileyi münasibətilə keçirilmiş mərasimdə Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatası Sədrinin birinci müavini Nurdin Moudian iştirak etmişdir.

2008-ci ilin 06-08 oktyabr tarixlərində İSESKO-ya üzv olan ölkələrin Ali Təhsil və Elmi Tədqiqat Nazirlərinin Bakıda keçirilən IV Konfransında Mərakeş Krallığının Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin müdiri Əhməd əl-Xəttab rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2008-ci ilin 02-03 dekabr tarixlərində Avropa Şurasına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Bakıda keçirilən konfransında Mərakeş Krallığının Mədəniyyət Naziri  Sürəyyə Cabranın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2009-cu ilin 25-27 yanvar tarixlərində Rabat şəhərində İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin İnformasiya Nazirləri Konfransının 8-ci sessiyasında AR Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sessiyada təşkilata üzv olan 60-dək dövlətin informasiya nazirləri və informasiya məsələləri üzrə rəsmi nümayəndələri iştirak etmişlər.

2009-ilin 29 mart tarixində Mərakeş Krallığının Azərbaycan Respublikasına təyin edilmiş Səfiri Həsən Hami etimadnaməsini təqdim etmək məqsədilə AR Xarici İşlər Naziri cənab E.Məmmədyarov tərəfindən qəbul edilmişdir.

2009-cu ilin 2 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Haminin etimadnaməsini qəbul etmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin hüquq mühafizə orqanlarının rəhbərlərinin Bakıda keçirilən ikigünlük ilk konfransında Mərakeşin DİN-nin Beynəlxalq Əməkdaşlıq Departamentinin İkitərəfli Əlaqələr şöbəsinin müdiri Səmi əl-Hicəmin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səmi əl-Hicəm İKT-nın üzvü olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərləri ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Konfrans Bakı bəyannaməsinin qəbulu ilə başa çatmışdır.

2009-cu ilin 21 aprel tarixində “Maghrib Arab Press”  (MAP) Mərakeşin rəsmi İnformasiya agentliyinin nümayəndələri xanım Fatimə əl-Həsəni və Hişam Ferchi Azərbaycanda olmuşlar. Səfər zamanı onlar AzərTAc-da olmuş, AzərTAc-ın baş direktoru cənab Aslan Aslanovla görüşmüşlər. Qonaqlar AzərTAc-ın maddi-texniki bazası ilə yaxından tanış olmuşlar. Görüşdə Məğrib Ərəb Press Agentliyi və AzərTAc arasında əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur.

2009-cu ilin  13-15 oktyabr tarixlərində İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə Mərakeş Krallığının Mədəniyyət Naziri Bensalem Həmişin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Tədbir çərçivəsində Bensalem Həmmiş İKT üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

2009-cu ilin 16-19 oktyabr tarixlərində Bakı şəhərində Mərakeş Krallığının Mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərinin açılışında Mərakeşin Mədəniyyət Naziri Bensalem Həmmiş və AR Mədəniyyət Naziri Ə.Qarayev iştirak etmişdir. 

2010-cu ilin 14-18 iyun tarixlərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım H.Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti Mərakeş Krallığına səfər etmişdir. Rabat, Kasablanka və Fes şəhərlərini əhatə etmiş səfər zamanı nümayəndə heyətinin Mərakeş Krallığının Sosial inkişaf, ailə və həmrəylik naziri xanım Nuzha Skalli, İSESCO-nun Baş katibi Ə.O.əl-Tüveyciri və Mərakeş Kralı Vİ Məhəmmədin bacısı şahzadə Lalla Məryəm ilə görüşləri keçirilmiş və ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahəsində memorandum imzalanmışdır.

2010-cu il 22-24 iyun tarixlərində Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının illik toplantısında iştirak etmək məqsədilə Mərakeş Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş katibi Abdeltif Ludyi Azərbaycana səfər etmişdir.

2010-cu il 21-23 sentyabr tarixlərində Mərakeş Krallığının Gənclər və İdman naziri Munsif Belhəyat Azərbaycana səfər etmişdir.

2010-cu il 23-28 sentyabr tarixlərində Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Əbdülvahid Radinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfər etmişdir. Səfər zamanı Ə.Radi Azərbaycan Respublikası Milli Məclisin sədri O.Əsədov, Baş nazir A.Rasi-zadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov ilə görüşmüşdür. Eyni zamanda, Ə.Radi və onu müşayiət edən nümayəndə heyəti Qubada olmuşdur.

2010-cu il 27-30 oktyabr tarixlərində Mərakeş Krallığının Rabat, Meknes, Fəs və Kasablanka şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.

Mədəniyyət günlərinin Rabatdakı V Məhəmməd adına Milli Teatrda keçirilmiş açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti, ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov, Mərakeşin Mədəniyyət Nazirliyinin baş katibi Məhəmməd Kuveyta, parlamentin sədri A.Radi, dövlət naziri M.Lainser, Krallıqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və bir çox tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri “Arşın mal alan” operettasından parçalar səsləndirmiş, gənc xanəndələrin ifası dinlənilmişdir. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Koroğlu” operasından “Cəngi”, Fikrət Əmirovun “Min bir gecə baleti”ndən “Şəhrizad”, Tofiq Quliyevin bəstələdiyi “Cığatay rəqsi”, habelə “Yallı” rəqslərini nümayiş etdirmişdir.

Tədbir çərçivəsində Azərbaycanın tarixi mədəniyyət yerlərini əks etdirən və tədbir iştirakçılarının böyük marağına səbəb olan 60-dan çox fotodan ibarət “Azərbaycan” adlı sərgi də təşkil olunmuşdur.

2010-cu ilin 3-5 noyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini A.Əzimov Mərakeş Krallığına səfər etmişdir. Səfər zamanı nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri cənab Abdelvahed Radi, Xarici İşlər və Əməkdaşlıq Naziri yanında Dövlət Katibi xanım Latifa Əxirbaş, Dövlət naziri Məhəmməd Lainser ilə görüşlər keçirilmişdir.

2011-ci ilin 28 fevral – 3 mart tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman naziri A. Rəhimov Mərakeş Krallığına səfər etmişdir.

2011-ci ilin 14-19 mart tarixlərində Mərakeş Krallığının Ədliyyə naziri Məhəmməd Nəsirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edilmişdir.

2011-ci ilin 22-24 iyun tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə  Mərakeşə səfər etmişdir.

2011-ci ilin 22-28 oktyabr tarixlərində Azərbaycan Respublikasının Ədliyyə naziri F. Məmmədovun Mərakeşə rəsmi səfəri həyata keçirilmişdir.

2011-ci ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Mədəniyyət günləri keçirilmişdir.

2011-ci ilin 17-20 noyabr tarixlərində AR XİN-nin müavini A. Əzimov Mərakedə səfərdə olmuşdur.

2012-ci ilin 28 iyun-1 iyul tarixlərində Bakıda keçirilmiş “Crans Montana Forum”unun 23-cü illik yubileyində iştirak etmək məqsədi ilə Mərakeş Krallığının Həmrəylik, Qadın, Ailə və Sosial İnkişaf naziri x-m Bassima əl-Haqqavi Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində B. əl-Haqqavi  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri x-m Hicran Hüseynova ilə görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-cı il tarixli, 2362 saylı sərəncamı ilə Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-cı il tarixli, 2415 saylı sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilmişdir.

2012-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Səfirlikdə tədbir keçirilmişdir. Tədbirdə       Mərakeş Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin idarə rəisləri, şöbə və sektor müdirləri, müxtəlif nazirliklərin nümayəndələri, o cümlədən sabiq Mədəniyyət naziri B.Himmiş, sabiq Əməkdaşlıq, Ailə, Qadın və İctimai İnkişaf naziri xanım  N.Skalli, Xarici İşlər və Əməkdaşlıq naziri yanında Dövlət katibi xanım L.Axərbaş, deputatlar, ictimai-siyasi xadimlər, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Mərakeşin “Birinci” və “İkinci” televiziya kanalları, müxtəlif mətbu orqanların təmsilçiləri iştirak etmişlər.

Mərakeş XİN Asiya və Okeaniya İdarəsinin rəisi Məhəmməd əl-Maliki Mərakeş XİN başçısı S.Osmaninin adından tədbirdə çıxış etmişdir

2012-ci ilin 24 – 25 sentyabr tarixlərində Rabatda keçirilmiş “Qadınlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda regional forumda Azərbaycanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva təmsil etmişlər.

Forum çərçivəsində A.Sofiyevanın Mərakeşin Həmrəylik, Qadın, Ailə və Sosial İnkişaf Naziri xanım B.Əl-Haqqavi ilə görüşü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-cı il tarixli, 2450 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev eyni zamanda Azərbaycan Respublikasının Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (İSESKO) yanında daimi nümayəndəsi təyin edilmişdir.

2012-ci ilin 4-5 oktyabr 9 oktyabr tarixlərində İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Mərakeş Parlamenti Nümayəndələr Palatasının sabiq sədri, Beynəlxalq Parlamant Birliyinin sədri, Mərakeşdə aparıcı siyasi partiyalardan hesab edilən Xalq Qüvvələri Sosialist Birliyi Partiyasının sədri A.Radi, V Məhəmməd Universitetinin rektoru V.Bencalun və  “Diplomatika” müəssisəsinin prezidenti A.Habek ölkəmizdə səfərdə olmuşlar

2012-ci ilin 9 oktyabr tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev Mərakeşin Xarici İşlər və Əməkdaşlıq Naziri S.Osmani ilə görüşərək, etimadnaməsinin surətini ona təqdim etmişdir.  

2012-ci ilin 15 oktyabr tarixində Mərakeş Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyevin etimadnaməsini qəbul etmişdir.   

2012-ci ilin 23 oktyabr tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Tarik İsmayıl oğlu Əliyev ölkəmizin İSESKO yanında daimi nümayəndəsi təyin edilməsi barədə məktubu Təşkilatın Baş direktoru Ə.O.Ət-Tüveycriyə təqdim etmişdir.

2013-cü ilin 18-19 mart tarixlərində Bakıda keçirilmiş “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfransda iştirak etmək məqsədi ilə Mərakeş Krallığının Daxili İşlər Naziri Mohaned Lanser Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Mohaned Lanseri AR Prezidenti cənab İlham Əliyev, Daxili İşlər Naziri R.Usubov və Fövqəladə Hallar Naziri K.Heydərov qəbul etmişdir.  

2013-cü ilin 12 – 14 aprel tarixlərində Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Baş Katibi Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olmuşdur. Qonaq səfər zamanı  AR Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Nazir müavini cənab Araz Əzimov ilə görüşmüşdür. 

2013-cü ilin  23-26 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş II Sessiyasında Mərakeş Krallığının Əmək və Texniki Təlim Nazirinin müavini Bentaleb Mimounun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.   

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilmiş Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə strateji sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrin konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair konfransda Mərakeş Krallığının Vəqflər və İslam İşləri Naziri Əhməd Tofiq iştirak etmişdir.

Konfrans çərçivəsində Vəqflər və İslam İşləri Naziri Əhməd Tofiq ilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sədri Elşad İskəndərov arasında ikitərəfli görüş keçirilmişdir.         

2013-cü ilin 31 oktyabr – 01 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Mərakeşin V Məhəmməd Universitetinin prezidenti Vail Bencellunun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2013-cü ilin 6-9 noyab tarixlərində AR SAM-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş beynəlxalq tədbirdə Mərakeş Starateji Araşdırmalar Mərkəzinin direktoru M.Benhammau iştirak etmişdir.

2014-cü ilin 24-25 yanvar tarixlərində Mərakeş Krallığının Mərrakeş şəhərində keçirilmiş “Təhlükəsizlik boşluğu, Afrikanın şimal bölgəsində sahil və səhra rayonlarında sabitsizlik zolaqlarının artması” başlığı altında keçirilmiş beynəlxalq forumda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iştirak etmişdir.

2014-cü ilin 19-23 fevral tarixlərində Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr, Milli Müdafiə, İslam məsələləri və Xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitəsinin sədri Əli əl-Kəbiri Azərbaycan Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Ə.əl-Kəbiri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Xarici İşlər Nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilmiş, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin və Azərbaycan-Mərakeş Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür.

2014-cü ilin 11-15 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədir A.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında işgüzar əsəfərdə olmuşdur. Səfər zamanı A.Əliyev ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş simpoziumda və 28 May – Respublika Günü ilə əlaqədar verilmiş ziyafətdə iştirak etmiş, ölkə rəsmiləri ilə görüşlər keçirmiş  və Baş nazir A.Benkiran tərəfindən qəbul edilmişdir.

2014-cü ilin 12-14 iyun tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında işgüzar səfərdə olmuşdur

Azərbaycan-Mavritaniya münasibətləri

1994-ci ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.

Mavritaniya İKT çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Respublikamızın maraqlarına cavab verən mövqe nümayiş etdirmişdir.

2006 və 2009-cu illərdə Mavritaniya BMT-nin İnsan Hüquqları Şurasına keçirilən seçkilərdə Azərbaycan Respublikasının namizədliyini dəstəkləmişdir.

2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təqdim etdiyi “İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair”  Qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə Mavritaniya iştirak etməmişdir. 2010-cu ilin aprel ayında ölkəmizə səfəri zamanı Mavritaniya Xarici İşlər və əməkdaşlıq naziri xanım Naha Mint Muknəss ölkəsinin sözügedən səsvermədə iştirak etməməsini həmin dövrdə Mavritaniyada baş vermiş çevrilişlər ilə izah etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1984 saylı, 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə AR-ın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri S.M.Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda AR-ın Mavritaniya İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2007-ci ilin 19-22 iyun tarixlərində Azərbaycan Respublikasının Mərakeşdəki səfiri S.Ağabəyov etimadnamə vərəqələrini təqdim etmək məqsədilə Nuakşota səfər etmiş, müvafiq olaraq Mavritaniyanın Xarici İşlər Naziri Məhəmməd Salek Uld Məhəmməd Lemin və Mavritaniya Prezidenti Sidi Məhəmməd Uld Şeyx Abdullahi ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 284 saylı, 26 sentyabr 2007-ci il tarixli Sərəncamı ilə AR-ın 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mavritaniya İslam Respublikasına güclü leysan yağışları nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində humanitar maliyyə yardımı göstərilmişdir.

2009-cu ilin  13-15 oktyabr tarixlərində İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə Mavritaniyanın Mədəniyyət, Gənclər və İdman naziri xanım Sisse Mint Şeyx Uld Boydenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Tədbir çərçivəsində Sisse Mint Şeyx Uld Boydenin İKT üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

2010-cu ilin 06-09 aprel tarixlərində Mavritaniya İslam Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri xanım Naha mint Muknəss Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Naha mint Muknəss ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Xarici İşlər naziri E.Məmmədyarov, Mədəniyyət və Turizm naziri Ə.Qarayev, Kənd Təsərrüfatı naziri İ.Abasov, İqtisadi İnkişaf naziri Ş.Mustafayev ilə görüşlər keçirmişdir. Görüşlərdə kənd təsərrüfatı, təhsil, neft yataqlarının kəşfi, balıqçılıq, iqtisadiyyat, faydalı qazıntıların istismarı sahələrində və hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilmişdir. N.Muknəss xüsusilə yuxarıda qeyd edilən sahələr üzrə Azərbaycan universitetlərində mavritaniyalı kadrların hazırlanması imkanları ilə maraqlanmışdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mavritaniya İslam Respublikasının Xarici İşlər və Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol və Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. N.Muknəss Quba rayonunda səfərdə olmuş və Bakı şəhəri ilə tanış olmuşdur.

2010-cu ilin 18 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Tacikistan Respublikasında İslam Konfransı Təşkilatının Xarici İşlər nazirləri Şurasının 37-ci sessiyasında iştirakı zamanı Mavritaniya İslam Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri xanım Naha mint Muknəss ilə görüşmüş və ölkələrarası münasibətlərin cari vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışdır.

2010-cu ilin 15-17 iyul tarixlərində Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində M.U.Əbdüləziz AR Prezidenti İlham Əliyev, Baş nazir A.Rasi-zadə, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüş, Bakı şəhərində aparılan abadlıq işləri və şəhərin tarixi irsi və Heydər Əliyev fondunun ziyarət etmişdir.

Keçirilmiş görüşlərdə ikitərəfli və beynəlxalq məsələlər, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli iqtisadi, humanitar, mədəni, təhsil və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılmışdır.

Səfərin nəticəsi olaraq iki ölkə arasında 7 sənəd imzalanmışdır: Mavritaniya İslam Respublikası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Birgə Bəyannaməsi; “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikası Ticarət, Ənənəvi Sənaye və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Mavritaniya İslam Respublikası Kəndlərin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”.

2010-ci il 11 oktyabr tarixində Mavritaniya İslam Respublikasının Azərbaycana təyin edilmiş yeni Fövqəladə və Səlahiyyətli səfiri Sidi Məhəmməd Uld Taleb Amar etimadnaməsinin surətini AR Xİ naziri E.Məmmədyarova, 12 oktyabr tarixində isə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir.

7-9 aprel 2011-ci il tarixlərində Bakı şəhərində keçirilmiş Mədəniyyətlərarası dialoq mövzusunda Beynəlxalq Forumda Mavritaniya Mədəniyyət, Gənclər və İdman Nazirinin mədəniyyət məsələləri üzrə müşaviri M.M.Ahzana iştirak etmişdir.

Mavritaniya Azərbaycan Respublikasının BMT-nin TŞ-nın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləmişdir.

2009-cu il ərzində Azərbaycan Mavritaniyadan 127,9 min ABŞ dolları məbləğində məhsul idxal etmişdir.

25-26 aprel 2013-cü il tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Əmək nazirlərinin Bakıda keçirilmiş ikinci iclasında Mavritaniyanın Ümumi Xidmət, Əmək və İdarəçilik naziri xanım Amanu Bint Həmədinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

21 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasındakı səfiri Tarik Əliyev etimadnaməsini ölkə prezidenti Məhəmməd Uld Əbdüləzizə təqdim etmişdir. 

Azərbaycan-Tunis ikitərəfli münasibətləri

Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqələr 1998-ci ilin 01 iyul tarixində yaradılmışdır. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə AR-ın Mərakeş Krallığındakı səfiri Tarik İsmayıl oğlu Əliyev iqamətgahı Rabatda olmaqla ölkəmizin Tunis Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikasının Tunis Respublikasında səfiri təyin edilməsi ilə əlaqədar etimadnamənin Tunis Respublikasının Prezidenti Munsef Mərzukiyə təqdim edilməsi məqsədilə Səfir T.Əliyev 16-22 mart 2014-cü il tarixlərində Tunis şəhərinə səfər etmişdir.

21 mart 2014-cü il tarixində “Qartac” adlı Prezident sarayında Tunis Prezidenti Munsef Mərzukiyə etmadnamənin təqdim edilməsi mərasimi keçirilmişdir.

 “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq 2014-cü ilin mart-may aylarında Tunis Respublikasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi təşkil edilmişdir. 23 avqust – 1 sentyabr 2014-cü il tarixlərində isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi sözügedən müsabiqənin qalibləri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2013-cü ilin ticarət əlaqələrinə dair məlumata əsasən ölkəmizin Tunislə ticarət dövriyyəsinin həcminin 187,1 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 mln ABŞ dolları, ixracın həcmi 186,8 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 186,5 mln ABŞ dolları həcmində olmuşdur. 

Azərbaycan-Qambiya münasibətləri

1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2008-ci ilin iyul ayından etibarən AR-in Mərakeş Krallığındakı səfiri S.Ağabəyovun iqamətgahı Rabat şəhəri olmaqla, eyni zamanda Qambiya Respublikasında AR-ın fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. 

2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təqdim etdiyi “İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair”  Qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə Qambiya Respublikası Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.

2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda keçirilən “Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi” adlı Beynəlxalq Forumda Qambiyanın Mərakeşdəki səfiri Osman Badcie iştirak etmişdir.

2008-ci ilin 6-8 oktyabr tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Təhsil Nazirlərinin 4-cü Konfransında Qambiyanın Ali

Təhsil, Araşdırmalar, Elm və Texnologiyalar üzrə Dövlət Katibi Krispin Qrey-Conson iştirak etmişdir. Səfər zamanı Q.Conson AR Xİ Naziri cənab E.Məmmədyarovla görüşmüşdür.

2009-cu ilin  13-15 oktyabr tarixlərində İƏT üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə Qambiyanın İncəsənət və Mədəniyyət üzrə Müəllif Hüquqları Milli Mərkəzinin direktoru Hassoum Keesayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Tədbir çərçivəsində Hassoum Keesay İƏT üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

2010-cu ilin 10-14 aprel tarixlərində Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə naziri Osman Cammeh Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində O.Cammeh Quba rayonunda səfərdə olmuş, Bakı şəhəri ilə tanış olmuş və Heydər Əliyev Fondunda olmuşdur. O.Cammeh AR-a səfəri zamanı Prezident İlham Əliyev, AR Xİ naziri E.Məmmədyarov, Kənd Təsərrüfatı naziri İ.Abasov, Sənaye və Energetika nazirinin müavini N.Abbasov, Təhsil naziri M.Mərdanov ilə görüşmüşdür. Nazirin ölkəmizə səfəri zamanı müxtəlif sahələrdə, xüsusilə səhiyyə, təhsil, turizm, enerji, kənd təsərrüfatı, mədəniyyət, balıqçılıq sahələrində, habelə hərbi sahədə, neft sənayesi üzrə kadrların hazırlanması, geofizika, neft kəşfiyyatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilmişdir.

2010-cu ilin 18 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Tacikistan Respublikasında keçirilmiş İslam Konfransı Təşkilatının Xarici İşlər nazirləri Şurasının 37-ci sessiyasında Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılar üzrə naziri Osman Cammeh ilə görüşmüş və ölkələrarası münasibətlərin cari vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2587 saylı, 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə AR-in Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Qambiya Respublikasının Əmək Naziri cənab Kebba S.Touray başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Qambiyanı İƏT-dəki daimi nümayəndəsi Səfir cənab Omar Sallah təmsil etmişdir.

16 iyul 2014-cü il AR-in Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev öz etimadnaməsini prezident Y.Cammehə təqdim etmişdir. 

Azərbaycan-Seneqal münasibətləri

1996-cı ilin 14 mart tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. Lakin buna baxmayaraq 2007-ci ilə qədərki BMT çərçivəsində Azərbaycanın maraqlarına aid olan məsələlərə dair səsvermədə Seneqal bir çox hallarda bitərəf səs vermişdir. Lakin 2008-ci ilin martında BMT BA-nın gündəliyində olan, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsi üzrə səsvermədə Seneqal Azərbaycanın xeyrinə olaraq lehinə səs vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2207 saylı, 4 iyun 2007-ci il tarixli sərəncamı ilə AR-in Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

İƏT-nin 11-ci Zirvə Toplantısında iştirak etmiş AR nümayəndə heyətinin üzvü olan Səfir S.Ağabəyov Dakarda bu ölkənin Xİ Naziri Ş.T.Qadio ilə görüşmüş və etimadnamə vərəqəsinin surətini ona təqdim etmişdir. Eyni zamanda bir sıra digər rütbəli Seneqal rəsmiləri ilə görüş keçirilmişdir. 

2007-ci il 22-23 oktyabr tarixlərində Bakıda İslam Konfransı Təşkilatına  üzv ölkələrin hüquq - mühafizə orqanları rəhbərlərinin konfransına hazırlıq üçün ekspertlər səviyyəsində keçirilmiş görüşdə Seneqalın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mühəmmədü Dudu Lu, Ədliyyə Nazirliyinin Cinayət İşləri üzrə Direktor müavini Keyin Suleymani, Daxili İşlər Nazirliyinin polis rəhbəri Ka Hudu, Daxili İşlər Nazirliyinin polis zabiti Tumani Sadio, Narkotik Trafikinə qarşı Mübarizə üzrə Mərkəzi Xidmətin Rəisi, Polis Superintendantı (Müdiri) Abdullayi Nianq iştirak etmişlər.     

2008-ci ilin 29-31 yanvar tarixlərində Seneqal Respublikasının Prezidentinin Katibliyinin Baş katibi, İƏT Milli Agentliyinin İcraçı direktoru A.Baldenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

Səfər çərçivəsində Seneqal nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov və Dini qurumlarla iş üzrə dövlət komitəsinin Sədri H.Orucovla görüşlər keçirilmişdir.

Səfərin əsas məqsədlərindən biri Seneqal Respublikasının Prezidenti Abdulay Vad tərəfindən 2008-ci ilin 13-14 mart tarixlərində Dakarda keçiriləcək İƏT-nin 11-ci Zirvə Toplantısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim edilməsi idi.

2008-ci ilin 13-14 mart tarixlərində Azərbaycan nümayəndə heyətinin İƏT üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının Dakarda keçirilmiş 11-ci zirvə Toplantısında AR Xarici İşlər Naziri cənab E.Məmmədyarov ilə Seneqal Xarici İşlər Naziri Şeyx Tidian Qadio arasında ölkələrimiz üçün əhəmiyyətli və səmərəli görüş keçirmişdir.

2009-cu ilin  13-15 oktyabr tarixlərində İƏT üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə Seneqalın Nazirliyinin texniki məsləhətçisi Mame Balla Mbakenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Tədbir çərçivəsində Mame Balla Mbake İƏT üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2587 saylı, 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə AR-in Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Seneqal Respublikasının Səyahət və İctimai Təhlükəsizlik İşlər idarəsinin Baş Direktoru cənab Babacar Thiam Azərbaycanda səfərdə olmuşdur. 

Azərbaycan-Mali münasibətləri

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində həyata keçirilir. Lakin buna baxmayaraq BMT çərçivəsində Azərbaycanın maraqlarına aid olan məsələlərə səs vermədə Mali çox hallarda bitərəf səs vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2348 saylı, 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2010-cu ilin 10 fevral tarixində Mali Respublikasının Azərbaycanda akkreditə olunmuş səfiri Brahima Kulibali etimadnaməsinin surətini AR Xİ naziri E.Məmmədyarova təqdim etmişdir.

2010-cu ilin 10 fevral tarixində AR-in Prezidenti İlham  Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul etmişdir.

27 fevral 2013-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Mali Respublikasının əmək və peşəkar hazırlığı naziri cənab Dialo Deidia Mohamane Kattrenın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. 

Azərbaycan Portuqaliya ikitərəfli münasibətlər    

Portuqaliya Azərbaycanın müstəqilliyini 07 yanvar 1992-ci il tarixində tanımışdır. Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə yaradılmışdır. İki ölkə arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Səfir T.Əliyev 14 yanvar 2013-cü il tarixində etimadnaməsini Portuqaliya prezidenti A.K.Silvaya təqdim etmişdir.

1994-cü ildə ATƏM-in Budapeştdə keçirilmiş Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti H.Əliyev Portuqaliyanın Hökumət Başçısı ilə görüşmüşdür.

1995-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti H.Əliyev Nyu-York şəhərində Portuqaliyanın Prezidenti Mario Soareşlə görüşmüşdür.

5-7 iyun 1996-cı il tarixində Strasburqda Avropa Şurasına üzv ölkələrin Xarici İşlər Nazirlərinin toplantısında Xarici İşlər Naziri H.Həsənov Portuqaliyanın Təşkilat yanında Daimi Nümayəndəsi ilə görüşmüşdür.

2-3 dekabr 1996-cı il tarixində Lissabonda keçirilmiş ATƏT-in Zirvə Görüşündə iştirak etmək üçün Prezident H.Əliyev Portuqaliyada səfərdə olmuş və toplantı zamanı Portuqaliyanın Baş Naziri Antonio Quttereslə görüşmüşdür.

27 noyabr 2000-ci il tarixində ATƏT-in Xarici İşlər nazirlərinin toplantısında Azərbaycan Xarici İşlər Naziri Portuqaliyanın Xarici İşlər Naziri ilə görüş keçirmişdir.

17 may 2001-ci il tarixində Portuqaliyanın Azərbaycana təyin olunmuş Səfiri A.Portuqal Azərbaycan Prezidentinə etimadnamələrini təqdim etmişdir.

11-12 iyul 2001-ci il tarixində Portuqaliya Respublikasının Xarici İşlər Naziri J.da Qama Azərbaycana səfər etmişdir.

26-30 noyabr 2001-ci il tarixində Avropa Şurası və Portuqaliya Ekologiya Nazirliyinin Lissabonda təşkil etdiyi “Regional layihələr: Avropada ekologiya və mədəni irsin qorunması” beynəlxalq konfrans və seminarlarda Mədəniyyət Nazirinin müavini S. Məmmədəliyeva iştirak etmişdir.  

7 mart 2002-ci il tarixində Portuqaliyanın Dövlət Naziri və Xarici İşlər Naziri, ATƏT-in fəaliyyətdə olan Sədri J.da Qama Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Nazir Prezident, Milli Məclisin Sədri, Baş Nazir, Xarici İşlər Naziri, müxalifət partiyalarının nümayəndələri ilə görüşmüşdür.

4 avqust 2002-ci il tarixində Azərbaycan və Portuqaliya arasında diplomatik münasibətlərin 10-cu ildönümü ilə əlaqədar Xarici İşlər Naziri V.Quliyev Portuqaliyalı həmkarı A.M.da Kruza məktub göndərmişdir.

24 yanvar 2005-ci il tarixində Azərbaycan Prezidenti İ.Əliyev A.K.Silvaya Portuqaliyanın Prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərmişdir.

28 aprel 2005-ci il tarixində Portuqaliyanın Dövlət və Xarici İşlər Naziri D.F. do Amaral Nazir təyin edilməsi münasibətilə təbriklərinə görə Nazir E.Məmmədyarova təşəkkür məktubu göndərmişdir.

24 may 2007-ci il tarixində Portuqaliya Prezidenti A. Kavako Silva Azərbaycan Prezidenti İ. Əliyevə 28 may Respublika Günü münasibətilə təbrik məktubu göndərmişdir.

27-28 aprel 2008-ci il tarixlərində AR Prezidenti İ. Əliyevə etimadnamə vərəqələrinin təqdim edilməsi ilə bağlı Portuqaliyanın Azərbaycandakı təyin edilmiş səfiri cənab Jose Manuel de Karvalo Lameyras Bakıda səfərdə olub. 

5-10 aprel 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Portuqaliya Respublikasındakı qeyri-rezident Səfiri S.Ağabəyov Portuqaliya Prezidenti H.K.Silvaya etimadnamə vərəqələrinin təqdim etmək məqsədilə Portuqaliyada səfərdə olmuşdur.

8-10 iyun 2009-cu il tarixində Səfir S.Ağabəyov Portuqaliya Günü münasibətilə təşkil edilmiş mərasimdə iştirak etmək üçün Portuqaliya XİN-in dəvəti ilə Santarem şəhərində səfərdə olmuşdur.

8-10 iyun 2010-cu il tarixində Səfir S.Ağabəyov Portuqaliya Günü münasibətilə təşkil edilmiş mərasimdə iştirak etmək üçün Portuqaliya XİN-in dəvəti ilə Faro şəhərində səfərdə olmuşdur.

20 noyabr 2010-cu il tarixində Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş NATO-nun zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. NATO-nun zirvə toplantısına alyansa üzv dövlətlərin rəhbərləri ilə yanaşı 20-dək ölkənin dövlət başçısı qatılmışdır.

Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Portuqaliya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad olunması barədə Saziş” imzalanmışdır (AR tərəfindən Xarici İşlər Naziri E.Məmmədyarov).

23-25 fevral 2011-ci il tarixində səfir S.Ağabəyov yenidən seçilmiş Portuqaliya Prezidenti K.Silvanın Lissabonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşündə iştirak etmək məqsədi ilə Portuqaliyaya səfər etmişdir.

Səfər zamanı S.Ağabəyov Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi J.Serrano, Konsulluq idarəsinin rəisi L.Dias, Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi L.Neto, Mədəniyyət Nazirliyinin baş katibi xanım A.Madureira ilə görüşlər keçirmişdir.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və siyasi, iqtisadi, mədəniyyət sahələrində münasibətlərin inkişaf perspektivləri müzakirə edilmişdir.

7-9 aprel 2011-ci il tarixlərində Bakı şəhərində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Lissabon meriyasının beynəlxalq əlaqələr üzrə direktoru M.Judice və məddəniyyət üzrə direktoru F.Veiga iştirak etmişlər.

7-11 iyun 2011-ci il tarixlərində Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın dəvətinə əsasən bu ölkənin milli bayramı – Portuqaliya günü münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə iştirak etmək məqsədilə səfir S.Ağabəyov Kastelo Branko şəhərinə səfər etmişdir.

Səfər zamanı səfir S.Ağabəyov Portuqaliya prezidentinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını çatdırmış və Portuqaliya milli günü münasibətilə təbrik məktubunu yüksək ünvan sahibinə təqdim etmişdir.

Eyni zamanda, Portuqaliyanın Xarici İşlər Naziri L.Amado ilə keçirilmiş görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanmışdır. Görüş əsnasında Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə Şərqi Avropa qrupundan namizədliyinin irəli sürüldüyü xatırlanaraq, BMT-nin Baş Assambleyasında sözügedən məsələ ilə əlaqədar keçiriləcək səsvermələrdə Azərbaycan tərəfinin Portuqaliyanın dəstəyinə ümidvar olduğu diplomatın diqqətinə çatdırılmışdır.

Bundan əlavə, Portuqaliya Xarici İşlər Nazirliyi Protokol İdarəsinin rəisi cənab J.Serrano və Portuqaliya Xarici İşlər Nazirliyi Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi L.Neto ilə görüşlər keçirildi. 10 iyun 2011-ci il tarixində Portuqaliya milli bayramı münasibətilə Kastelo Branko şəhərinin Feira meydanında Portuqaliya silahlı qüvvələrinin hərbi paradı və Avenida teatrında rəsmi mərasim keçirildi.

5-7 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizdəliyinə Portuqaliya tərəfindən dəstəyin istənilməsi, iki ölkə arasında imzalanmış diplomatik və xidməti pasportlara vizaların ləğvinə dair sazişin qüvvəyə minməsi və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinin, habelə ikitərəfli münasibətlərin perspektivlərinin müzakirə edilməsi məqsədilə səfir S.Ağabəyov Lissabon şəhərinə səfər etdi.

Səfər zamanı Portuqaliyanın Respublika Assambleyasının (parlament) sədr müavini Qulerme Silva, Xarici İşlər Nazirliyinin Baş katibi Vaşko Valente, sözügedən nazirliyin Dövlət Protokolu İdarəsinin rəisi J.Serrano, Avropa İttifaqına daxil olmayan ölkələr idarəsinin rəisi xanım L.Neto, Konsulluq idarəsinin rəis müavini Antonio Gamito ilə görüşlər keçirildi.

Keçirilmiş görüşlər zamanı Azərbaycan tərəfindən qarşı tərəfə təqdim olunmuş iki ölkə arasında Mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair Saziş layihələri, iqtisadi sahədə isə ikiqat verqitutmanın ləğv olunması və sərmayələrin qarşılıqlı qorunması və təşviqinə dair Saziş layihələrinin baxılmasının və iki ölkə arasında diplomatik və xidməti pasportlara vizaların ləğvinə dair sazişin Portuqaliya tərəfindən təsdiq edilməsinin tezləşdirilməsi xahiş edildi. Eyni zamanda, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr barədə Memorandum”una əsasən iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulandı. Sözügedən siyasi məsləhətləşmələrin 2012-ci ilin mart-aprel aylarında Bakı şəhərində keçirilməsi təklif edildi.

Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətinə işarə edərək, Dağlıq Qarabağda müxtəlif məhsullar istehsal edən “Artsaxfrut” şirkətinin Portuqaliya ərazisində fəaliyyət göstərdiyi halda sözügedən şirkətin qanunsuz məhsullarının satışının qarşısının alınması istiqamətində zəruri addımların atılması xahiş edildi.

Portuqaliya tərəfindən bu ölkənin futbol klublarının Azərbaycan futbol klubları ilə əlaqələrinin yaradılmasında maraqlı olduğu bildirilmişdir.

Azərbaycan Respublikası Milli Məclisində deputat Rüfət Quliyevin rəhbərliyi ilə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı nəzərə alınaraq, Portuqaliya tərəfindən də eyni işçi qrupunun yaradılmasının vacibliyi vurğulanmışdır.

Bundan əlavə, hər iki ölkənin iş adamları arasında münasibətlərin yaradılması və iş adamlarının biznes əminliyinin artırılması məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsinin çox əhəmiyyətli olduğu qeyd edilmişdir.

Portuqaliyanın Respublika Assambleyasının sədr müavini Q.Silva Azərbaycana xüsusi maraq göstərmiş və Azərbaycana səfər etmək niyyətində olduğunu bildirmişdir.

Qeyd olunmalıdır ki, Portuqaliyaya səfər zamanı Azərbaycan Respublikasının bu ölkədə yaşayan vətəndaşları ilə görüşlər keçirilmiş və onlar üçün səyyar konsulluq xidməti təşkil edilmişdir.

5-10 sentyabr 2011-ci il tarixlərində “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı ölkə nümayəndəliyi ilə imzalanmış 2011-2012-ci illər üzrə Dövri illik iş Planı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliya Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Portuqaliya Gənclər və İdman Katibliyində görüşlər keçirib, gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi prespektivlərini müzakirə edib, Portuqaliya Gənclər İnstitutunu ziyarət etmişlər. Bununla yanaşı səfər çərçivəsində İ.Babayev gənclər mərkəzlərinin bir neçəsinin fəaliyyəti ilə də tanış olmuşdur. 

22 sentyabr 2011-ci il tarixində Murad Arif oğlu Rəhimov Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu vəzifəsinə təyin edilmişdir. Portuqaliyanın rəsmi qəzeti olan “Respublika gündəliyi” qəzetinin 183 saylı, 22 sentyabr 2011-ci il tarixli buraxılışında müvafiq qərar dərc edilmişdir.

30 oktyabr 2011-ci il tarixində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Polşada səfərdə olarkən Portuqaliya gömrük xidmətinin rəhbərliyi ilə görüşmüşdür. 

Görüşdə Portuqaliya tərəfi ölkəsində kinoloji xidmətin yaradılması sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu bildirmişdir. A.Əliyev mövcud imkanlar daxilində portuqaliyalı həmkarlara lazımı kömək göstəriləcəyini diqqətə çatdırmışdır.

2 noyabr 2011-ci il tarixində Lissabon şəhərində keçirilmiş Sivilizasiyaların Alyansı üzrə milli əlaqələndiricilərinin 4-cü illik toplantısında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsinin rəisi Ə.Əsgərov iştirak etmişdir.

2-4 noyabr 2011-ci il tarixlərində Lissabon şəhərində keçirilmiş Avropa Şurasının Şimal-Cənub Mərkəzinin İdarəedici Komitəsinin 2-ci iclasında və “2011 Lissabon Forumu”nda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi S.Ağamirova iştirak etmişdir.

1 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən xanım Luisa Bastos de Almeida ölkəmizə gələrkən özü ilə iş adamlarından ibarət nümayəndə heyətini də gətirdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev xanım Luisa Bastos de Almeidanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişlənəcəyinə əminliyini ifadə etdi.

5 dekabr 2011-ci il tarixində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Almaniyanın Bonnda keçirilən Əfqanıstan üzrə beynəlxalq konfrans əsnasında Portuqaliyanın xarici işlər naziri P.Portaşla da görüş keçirib. Portuqaliyalı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı Azərbaycanlı həmkarını təbrik edib və TŞ çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlığın aparılacağına ümidvar olduğunu vurğulayıb. Portuqaliya tərəfi Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıqda və həmçinin ölkəsinin Azərbaycana biznes missiyasının həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyi qeyd edilmiş və bu səfərlər çərçivəsində müqavilə hüquq bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımların atılması zəruriliyi qeyd edilib. 

10-14 yanvar 2012-ci il tarixlərində səfir S.Ağabəyov Portuqaliya Prezidenti K.Silvanın Lissabonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşündə iştirak etmək, habelə bu ölkənin rəsmiləri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirə etmək məqsədi ilə Portuqaliyaya səfər etmişdir.

Səfər zamanı S.Ağabəyov Portuqaliya Xarici İşlər Nazirliyinin Baş katibi Antonio Ribeyro, Xarici İşlər Nazirinin iqtisadi məsələlər üzrə müşaviri Maria da Silva, Kənd təsərrüfatı, dənizçilik, ətraf mühit və ərazi planlaşdırılma Nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri Madalena Lukas ilə görüşlər keçirmişdir.

 Bundan əlavə, “Eurovision 2012” mahnı müsabiqəsində Portuqaliya nümayəndə heyətinin iştirakının müzakirə edilməsi məqsədilə 12 yanvar 2011-ci il tarixində Portuqaliyanın Radio və Televiziya şirkətinin (“RTP”) Mahnı Festivalı üzrə koordinatoru Joze Poiareş və mütəxəssis Karl Bugalyo ilə görüş keçirildi.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və siyasi, iqtisadi, mədəniyyət sahələrində münasibətlərin inkişaf perspektivləri, habelə iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin təşkil olunması məsələsi müzakirə edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisində deputat Rüfət Quliyevin rəhbərliyi ilə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı qeyd edilərək, Portuqaliya tərəfindən də eyni işçi qrupunun yaradılmasının iki ölkənin parlamentləri arasında əlaqələrin intensivləşdirilməsinə təkan verə biləcəyini vurğulanmışdır.

10 iyun 2012-ci il tarixində səfir S.Ağabəyov Portuqaliyanın milli bayramı münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə iştirak etmək üçün Lissabon şəhərinə səfər etmişdir.

Səfər zamanı Portuqaliya Xarici İşlər Nazirliyi Protokol İdarəsinin rəis əvəzi xanım K.N.Santoş görüş keçirilmiş, eyni zamanda Portuqaliyada yaşayan Azərbaycan Respublikasının vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilmişdir.

27-28 iyun 2012-ci il tarixlərində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Portasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı P.Portaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olmuş, xarici işlər naziri E.Məmmədyarov, sənaye və energetika naziri N.Əliyev, nəqliyyat naziri Z.Məmmədov Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşmüşdür.

Dövlətimizin başçısı Portuqaliyanın xarici işlər naziri Paulo Portasın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev qonağın ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına və bu səfərin əməkdaşlığımızın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaxşı imkan yaradacağına əminliyini qeyd etdi. Xarici işlər naziri Paulo Portas ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Portuqaliyanın xarici işlər naziri ölkələrimizin BMT Təhlükəsizlik Şurasında əməkdaşlığının önəmini qeyd etdi. O, yaxın gələcəkdə Portuqaliyanın Azərbaycanda səfirliyinin açılacağını bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Xarici işlər naziri E.Məmmədyarovla keçirilmiş görüş əsnadında Azərbaycan və Portuqaliya arasında ikitərəfli komissiya yaradılması haqqında razılıq əldə edilmişdir.

27 iyun 2012-ci il tarixində Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən forumda Portuqaliya inşaat, qida sənayesi, İKT, kimya, əczaçılıq, avadanlıq istehsalı və digər sahələrdə fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva və Portuqaliyanın Azərbaycandakı səfirliyinin ticarət müşaviri Celesta Mota ölkələrinin iqtisadiyyatına dair təqdimatla çıxış etmişlər.

Tədbirdə Azərbaycan ilə Portuqaliya arasında iqtisadi sahədə mövcud əlaqələr və bu əməkdaşlığın daha da inkişafı üçün imkanlar, sahibkarların rolu müzakirə edilmiş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir. Forumda Portuqaliyadan 20, Azərbaycandan isə 70 şirkət iştirak edib. Biznes forumda AZPROMO ilə Portuqaliyanın Xarici Ticarət və İnvestisiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

27-29 noyabr 2012-ci il tarixlərində Portuqaliyanın Maliyyə və gömrük araşdırmaları mərkəzinin dəvətilə “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi  üzrə danışıqların birinci mərhələsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Beynəlxalq müqavilələr şöbəsinin müdiri Ü.Yusifov və Maliyyə Nazirliyinin Vergi siyasəti şöbəsinin müdir müavini R.İsmayılov Lissabon şəhərinə səfər etmişlər.

10-16 yanvar 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Portuqaliya Respublikasında səfiri təyin edilmə barədə etimadnamənin Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvaya təqdim edilməsi məqsədilə Səfir T.Əliyev Lissabon şəhərinə səfər etmişdir.

14 yanvar 2013-cü il tarixində Səfir T.Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya etmadnaməni təqdim etmiş və onunla söhbət edərək Azərbaycan-Portuqaliya ikitərəfli münasibətlərinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq müzakirə etmişdir. Səfir T.Əliyev Portuqaliya Prezidentinə regionumuzda hazırkı vəziyyət, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, dövlətimizin xarici siyasəti barədə məlumat vermişdir.

Öz növbəsində, Prezident A.Silva ölkəmizin geniş iqtisadi imkanlara malik olduğunu və iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır.

Səfər çərçivəsində Portuqaliyanın İqtisadiyyat və Regional İnkişaf üzrə Dövlət katibi Antonio Almeida Henrikeş, Ticarət və İnvestisiyalar Agentliyinin idarə heyətinin icraçı üzvü Pedro Kosta, Xarici İşlər Nazirliyinin baş katibi Antonio Ribeiro, həmin Nazirliyin Dövlət Protokolu İdarəsinin rəisi Antonio Almeida Lima və “Visabeira” şirkətlər qrupunun administratoru Corc Kosta ilə görüşlər keçirilmişdir. Görüşlərdə iki ölkənin iş adamlarının əməkdaşlığa və qarşılıqlı sərmayə qoyuluşuna təşviq edilməsi üçün ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi qeyd edimişdir.

Portuqaliya rəsmiləri Azərbaycanla tikinti, turizm, əczaçılıq, informasiya texnologiyaları, kadrların hazırlanması sahələrində, habelə neft-qaz sektorunda biznes əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirmişlər.

Eyni zamanda, Portuqaliyada yaşayan həmvətənlilərimizlə toplantı keçirilmiş, Azərbaycan Respublikasının vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilmiş, habelə Portuqaliya-Azərbaycan Dostluq və Mədəni əlaqələr üzrə “Dünya” cəmiyyətinin rəhbəri, Portuqaliya vətəndaşı Eduardo Lemoş ilə görüş keçirilmişdir.

26 may 2013-cü il tarixində Portuqaliya-Azərbaycan Dostluq və Mədəni Əlaqələr üzrə “Dünya” cəmiyyətinin Portuqaliya parlamentinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin, habelə bu ölkədə yaşayan Azərbaycanlı soydaşlarımızın iştirakı ilə ilk toplantısı keçirilmişdir. Tədbir əsnasında Azərbaycana həsr edilmiş foto sərgi keçirilmiş və  Assosiasiyanın 2013-cü il üzrə fəaliyyət planı təsdiq edilmişdir.

23-26 oktyabr 2013-cü il tarixlərində Bakı şəhərində keçirilmiş “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisində Portuqaliya şirkətləri (Apicer, Metalcértima, Moca Stone, Nobel Mineral, Revigres, Solancis, Trignolaxia)  iştirak etmişdir.

24-29 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün Portuqaliyanın Lissabon şəhərində səfərdə olmuşdur.

R.Hüseynovun Portuqaliya-Azərbaycan Dostluq və Mədəni Əlaqələr üzrə “Dünya” cəmiyyətinin təsisçisi və rəhbəri Eduardo Lemoş ilə görüşmüşdür. Görüş zamanı sözügedən cəmiyyətlə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfirlik deputat R.Hüseynovun Lissabona səfəri zamanı lazımı əlaqələndirmə işlərini həyata keçirmişdir.

3 noyabr  2013-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbir zamanı portuqaliyalı memarlar Rodriges Rebelo Kamilo və Tiago Pimentel Pedro "Koa İncəsənət və Arxeologiya Muzeyi" layihəsi ilə  "İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyasında Birinci dərəcəli diploma sahib olmuşlar. Silva Raulino Rikardo isə "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyasında Üçüncü dərəcəli diplom ilə mükafatlandırılmışdır.

13-18 yanvar 2014-cü il tarixlərində Səfir T.Əliyev Portuqaliya Xarici İşlər Nazirliyinin dəvətilə Yeni il bayramı münasibətilə bu ölkənin Prezidenti A.Silva tərəfindən təbriklərin təqdim edilməsi mərasimində iştirak etmək, habelə Portuqaliya rəsmilərilə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək məqsədilə Lissabon şəhərinə səfər etmişdir.

“Keluş” adlı Prezident sarayında Portuqaliyanın Prezident A.Silva ilə keçirilmiş görüş zamanı ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə edilmiş, Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Səfər zamanı Portuqaliyanın Xarici İşlər Naziri R.Maçete, İqtisadiyyat üzrə Dövlət Katibi və Nümayəndə Nazir Leonardo Matiaş, Portuqaliya Republika Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, “Galp Energia” şirkətlər qrupunun icraçı prezidenti-icraçı direktoru Manuel Ferreira De Oliveira, Baş Nazirin müavini ofisinin rəhbəri xanım Madalena Fişer, Portuqaliyanın İnvetisiya və Xarici Ticarət Agentliyin (AİCEP) prezidenti Pedro Reiş, Portuqaliyanın Sənaye Assosiasiyasının Prezidentinin müşaviri Andre Magrinyo, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Antonio Almeida Lima ilə görüşlər keçirilmişdir.

Görüşlər zamanı Azərbaycan və Portuqaliya arasında birgə iqtisadi işçi qrupunun yaradılması, müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr, siyasi, iqtisadi, mədəni sahələrində münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan və Portuqaliya arasında iqtisadi əlaqələrinin genişləndirilməsi, iş adamlarının əməkdaşlığa və qarşılıqlı sərmayə qoyuluşuna təşviq edilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi, peşəkar təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasının mümkünlüyünü qeyd etmişdir.

Bundan əlavə, Portuqaliyanın Mədəniyyət üzrə Dövlət Katibi ofisinin rəhbəri Lucia Soares, Portuqaliya Univeritetlərinin Rektorları Şurasının Prezidenti, Yeni Lissabon Universitetinin rektoru Antonio Manuel Bensabat Rendaş, Kamoeş İnstitutunun Prezidenti xanım  Ana Laborinyo, Xarici İşlər Nazirliyinin müşaviri Mario Gomeş, Atçılıq Federasiyasının prezidenti M.Moura, Lissabon Meriyasının müşaviri Səfir Antonio Karloş ilə görüşlər keçirilmişdir.

Keçirlimiş görüşlər əsnasında Portuqaliyanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatik İnstitutu ilə Azərbaycan Diplomatik Akademiyası (ADA) arasında əlaqələrin yaradılması, Yeni Lissabon Universiteti və Bakı Dövlət Universiteti, habelə Portuqaliyanın Rektorlar Şurasına  üzv olan müvafiq ali təhsil ocaqları ilə Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan və Portuqaliya atçılıq federasiyaları, Lissabon meriyası və Bakı şəhər İcra Hakimiyyəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, Portuqaliyada yaşayan soydaşlarımız ilə görüş və Azərbaycan Respublikasının vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilmişdir.

3-6 mart 2014-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Ş.Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Lissabon şəhərinə səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti Portuqaliyanın Baş Nazirinin müavini P.Portaşın qəbulunda olmuşdur. Bundan əlavə Baş Nazir yanında Dövlət Katibi K.Moedaş, Avropa məsələləri üzrə dövlət katibi B.Masaeş, Maliyyə üzrə Dövlət Katibi M.Rodrigues, Portuqaliya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə göruşlər keçirilmişdir. 

Portuqaliyanın yüksək vəzifəli və digər şəxslərlə ilə keçirilmiş görüşlərdə Dövlət Neft Fondunun məqsəd və vəzifələri, göstərdiyi fəaliyyət barədə məlumat verilmiş, habelə Portuqaliya tərəfi ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir.

18-19 mart 2014-cü il tarixlərində Portuqaliyanın “Banco Espirito Santo” bankının bankının vitse-prezidenti Uluqbek Suyumovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Energetika Nazirinin müavini Natiq Abbasov və digər rəsmilərlə görüşlər keçirilmişdir.

9 aprel 2014-cü il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda Portuqaliyanın “Basnco Espirito Santo” Bankının rəhbəri Ricardo Bastos Salgadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Portuqaliya iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılmışdır.

19-22 may 2014-cü il tarixlərində Portuqaliyanın Lissabon şəhərində EUROCHEM təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə “Analitik Ölçmələrdə Keyfiyyət” mövzusu üzrə seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının əməkdaşı “Arsen, qurğuşun və kadmium kimi ağır metalların ət və ət məhsullarında İCP MS mass spektrometriya cihazı ilə metod validasiyası” mövzusu üzrə məqalə və posterini təqdim etmişdir.

22-24 may 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş 3-cü Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk "Plastex Caspian 2014” sərgisinə Portuqaliyanın Moldegama S.A. və Sistrade Software Consulting S.A. şirkətləri qatılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev Portuqaliyanın Lissabon şəhərində keçirilmiş “Elm və mühəndislikdə idarəetmə” mövzusunda VIII Beynəlxalq konfransda iştirak edib. Beynəlxalq tədbirin plenar iclasında “Hərəkət hissəciklərinin riyazi modelləri və onların trafikdə tətbiqi” mövzusunda məruzə ilə çıxış edən akademik A. Hacıyev mükafat (Grand Prize) və xüsusi diploma layiq görülmüşdür.

9 avqust – 6 sentyabr 2014-cü il tarixlərində Portuqaliyanın Portu şəhərində “Vieira Portuense” adlı qalereyada keçirilmiş “International Surrealism Now” layihəsinin sərgisində Rəssam Mehriban Əfəndi “Mirriad” adlı əsəri ilə  Azərbaycanı təmsil etmişdir.

22-25 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş 3-cü “BakuBuild 2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinə Portuqaliya şirkətləri (Apicer, Metalcértima, Grestejo, İtalbox, Motivounico, Pecol S.A., Rodi) qatılmışdır.

14 yanvar 2015-ci il tarixində AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında “Football Talks 2015” konfransında iştirak etmişdir.

 Azərbaycan-Tunis ikitərəfli münasibətləri

Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqələr 1998-ci ilin 01 iyul tarixində yaradılmışdır. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə AR-ın Mərakeş Krallığındakı səfiri Tarik İsmayıl oğlu Əliyev iqamətgahı Rabatda olmaqla ölkəmizin Tunis Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikasının Tunis Respublikasında səfiri təyin edilməsi ilə əlaqədar etimadnamənin Tunis Respublikasının Prezidenti Munsef Mərzukiyə təqdim edilməsi məqsədilə Səfir T.Əliyev 16-22 mart 2014-cü il tarixlərində Tunis şəhərinə səfər etmişdir.

21 mart 2014-cü il tarixində “Qartac” adlı Prezident sarayında Tunis Prezidenti Munsef Mərzukiyə etmadnamənin təqdim edilməsi mərasimi keçirilmişdir.

 “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq 2014-cü ilin mart-may aylarında Tunis Respublikasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi təşkil edilmişdir. 23 avqust – 1 sentyabr 2014-cü il tarixlərində isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi sözügedən müsabiqənin qalibləri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2013-cü ilin ticarət əlaqələrinə dair məlumata əsasən ölkəmizin Tunislə ticarət dövriyyəsinin həcminin 187,1 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 mln ABŞ dolları, ixracın həcmi 186,8 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 186,5 mln ABŞ dolları həcmində olmuşdur.