2018-09-19
Bir qrup azərbaycanlı gənc Mərakeşdə səfərdə olub

Bir qrup azərbaycanlı gənc Mərakeş Krallığında səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər proqramına əsasən nümayəndə heyəti Mərakeşin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olublar. Səfər çərçivəsində gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyində görüşdə iştirak ediblər.

Bununla yanaşı, səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində səfir Tarik Əliyevlə görüşüblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci yarımbəndinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən keçirilib.

növbəti xəbər əvvəlki xəbər