2019-03-25
Azərbaycan səfiri etimadnaməsini Mərakeş Kralına təqdim edib

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov etimadnaməsini bu ölkənin Kralı VI Məhəmmədə təqdim edib.
Mərakeşin protokol qaydaları çərçivəsində aparılmış qısa söhbət zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Mərakeş Kralına çatdırıb.
Öz növbəsində, Kral VI Məhəmməd onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib, səfirə Mərakeşdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

növbəti xəbər əvvəlki xəbər