İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Dövlət başçısı: Əlahəzrət Kral VI Məhəmməd           

Baş Nazir: cənab Səadəddin Osmani

Parlamentin Nümayəndələr Palatasının sədri: cənab Həbib Əl-Malki

Parlamentin Müşavirlər Palatasının sədri: cənab Hakim Benşamaş

Xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri: cənab Naser Bourita

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri: cənab Oktay Qurbanov

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri: cənab Məhəmməd Adil Embarş

Milli Gün: 31 iyul

  

İkitərəfli münasibətlər

1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş  arasında diplomatik əlaqələr yaradılmışdır.

1994-cü ilin 12 dekabr tarixində Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 12-14 iyun tarixlərində AR Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin Daxili İşlər naziri Məhəmməd Həssadın dəvətilə Mərakeş Krallığında səfərdə olmuşdur.

29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Mərakeş Krallığı Parlamentinin vitse-spikeri xanım Rəşidə Benməsud iştirak etmişdir.

07 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərakeş Krallığının Azərbaycana təyin olunmuş səfiri cənab A.Embarşın etimadnaməsini qəbul etmişdir.

21-25 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Mərakeşdə işgüzar səfərdə olmuş və mərakeşli həmkarı Dris Jettu ilə görüşmüşdür.

2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Burita Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

01 mart 2019-cu il tarixindəAzərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Oktay Qurbanov etimadnamələrini Mərakeş Kralı VI Məhəmmədə təqdim etmişdir. 

 

Humanitar sahədə əməkdaşlıq

2010-cu il 27-30 oktyabr tarixlərində Mərakeş Krallığının Rabat, Meknes, Fəs və Kasablanka şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.

2011-ci ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Mədəniyyət günləri keçirilmişdir.

2012-ci ilin 4-5 oktyabr 9 oktyabr tarixlərində İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Mərakeş Parlamenti Nümayəndələr Palatasının sabiq sədri A.Radi, V Məhəmməd Universitetinin rektoru V.Bencalun və  “Diplomatika” müəssisəsinin prezidenti A.Habek ölkəmizdə səfərdə olmuşlar.

2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olmuşdur.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 23 sənəd imzalanmışdır. 

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

55,7

38,5

94,2

2015

4587.13

53.58

4640.71

2016

2838.30

00.00

2838.30

2017

3879,1

2,8

3881,9

2018

4445,7

0,4

4446,1

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya

Yaranma tarixi: 28 sentyabr 2007-ci il

Sonuncu iclasın tarixi:  2018-ci ilin 5 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilmişdir.

 

Mavritaniya İslam Respublikası

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Məhəmməd uld Şeyx əl-Ğəzvaninin

Baş nazir: cənab Yəhya uld Hademin

Parlament (Milli Assambleya) sədri: cənab Şeyx Əhməd Baye

Xarici işlər, əməkdaşlıq və xaricdə yaşayan mavritaniyalılar naziri: cənab İsmail uld Şeyx Əhməd

Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasındakı səfiri: cənab Oktay Qurbanov (iqamətgahı Rabat şəhəri)

Mavritaniya İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Həmid Hamuni (iqamətgahı Moskva şəhəri)

Milli Gün: 28 noyabr

 

İkitərəfli münasibətlər

1994-cü ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.

2010-cu ilin 15-17 iyul tarixlərində Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində M.U.Əbdüləziz AR Prezidenti İlham Əliyev, Baş nazir A.Rasi-zadə, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüş, Bakı şəhərində aparılan abadlıq işləri və şəhərin tarixi irsi və Heydər Əliyev Fondunu ziyarət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə cənab Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

4 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov etimadnamələrini Mavritaniya İslam Respublikasının Prezidenti cənab Məhəmməd Uld Əbdüləzizə təqdim etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

7-9 aprel 2011-ci il tarixlərində Bakı şəhərində keçirilmiş Mədəniyyətlərarası dialoq mövzusunda Beynəlxalq Forumda Mavritaniya Mədəniyyət, Gənclər və İdman Nazirinin mədəniyyət məsələləri üzrə müşaviri M.M.Ahzana iştirak etmişdir.

29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Mavritaniyanın insan hüquqları üzrə naziri Tourad uld Abdelmalek iştirak etmişdir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respubliaksı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 9 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Mavritaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

-

-

4.39

2015

0,2

0,2

0,0

2016

23,1

-

23,1

2017

31,1

-

31,1

2018

82,7

6,0

76,7

 

 

Mali Respublikası

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab İbrahim Bubakar Keyta

Baş Nazir: cənab Bubu Sisse

Parlametin Sədri: cənab Moussa Timbine

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Tiebile Drame

Milli Gün: 22 sentyabr

 

İkitərəfli münasibətlər

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi eyni zamanda Mali Respublikasında akkreditə olunub.

2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1034 nömrəli, 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Azərbaycan Respublikasının hökuməti Malidə baş vermiş güclü yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədiləbu ölkəyə 10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

 

Seneqal Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Məkki Sall

Parlament Sədri: cənab Mustafa Niasse

Xarici İşlər və Xaricdə yaşayan seneqallılarla iş üzrə nazir: cənab Amadu Ba

Milli Gün: 4 aprel

 

İkitərəfli münasibətlər

1996-cı ilin 14 mart tarixində Azərbaycan ilə Seneqal arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2207 saylı, 4 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sabir Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində 2014-cü ilin iyun ayının 26-da Seneqal Gömrüyünün Baş direktoru Elimane Saliou Gninqu ilə ikitərəfli görüş keçirmişdir.

8 sentyabr 2014-cü il tarixində Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini Aliu Ndiayenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qəbul olunmuşdur.

28 sentyabr 2018-ci il tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Seneqal Respublikasının Xarici İşlər və Xaricdə yaşayan Seneqallılarla iş üzrə naziri Sidiki Kaba ilə görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Azərbaycan Respublikasının Hökuməti Seneqalda baş vermiş güclü yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədiləbu ölkəyə 10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

 

Qambiya Respublikası

Prezident: Zati–aliləri cənab Adama Barrou

Parlament Sədri: xanım Mariam Cek-Denton

Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan Qambiyalılarla iş üzrə nazir: cənab Mamadu Tanqara

Milli Gün: 18 fevral

 

İkitərəfli münasibətlər

1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Qambiya Respublikasının Əmək naziri cənab Kebba Turayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

21-22 may 2013-cü iltarixlərində Qambiyanın Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan qambiyalılarla iş üzrə naziri xanım Susan Vaffa Oqu Bakıda səfərdə olmuşdur.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Qambiyanı İƏT-dəki daimi nümayəndəsi Səfir Omar Sallah təmsil etmişdir.

2018-ci ilin 7-8 iyun tarixlərində Qambiya Respublikasının Xarici İşlər naziri Useynu Darboenin başçılıq etdiyi, Qambiyanın Əmək və İnfrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, həmçinin Xarici İşlər naziri E.Məmmədyarovla görüş keçirilmişdir.

 

Tunis Respublikası

        

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Kays Said

Baş Nazir: cənab İlyas Əl-Faxfax

Parlament (Xalq Nümayəndələri palatası) Sədri: cənab Raşed Ğannuşi

Xarici İşlər naziri: cənab Nürəddin Ərray

Azərbaycan Respublikasının Tunis Respublikasındakı səfiri: cənab Oqtay Qurbanov (iqamətgahı Rabat şəhəri olmaqla)

Milli Gün: 20 mart

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqələr 1998-ci ilin 01 iyul tarixində yaradılmışdır.

Azərbaycanla Tunis arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İKT çərçivəsində inkişaf etdirilmişdir.

2014-cü ilin 13 may tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində nazir cənab Elmar Məmmədyarov Tunisin Xarici İşlər naziri cənab Munji Hamdi ilə görüşmüşdür.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Tunis Respublikasının Xarici İşlər üzrə dövlət katibi cənab Sabri Baştobci iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1438 nömrəli, 27 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Azərbaycan Respublikası və Tunis Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2015

474,1

291.730,1

292.204,2

291.256,0

2016

2.272,0

211.493,9

213.765,9

209.221,9

2017

2.485,2

182.237,3

184.722,5

179.752,1

2018

2.995,2

192.087,9

195.083,1

189.092,7

Portuqaliya Respublikası

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Marselo Rebelo de Souza

Baş Nazir: cənab Antonio Koşta

Parlament Sədri: cənab Eduardo Ferro Rodriges

Dövlət və xarici işlər naziri: cənab Auqusto Santoş Silva

Azərbaycan Respublikasının Portuqaliya Respublikasındakı səfiri (iqamətgahı Rabatda olmaqla)cənab Oktay Qurbanov

Milli Gün: 10 iyun

 

İkitərəfli münasibətlər

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində yaradılmışdır.

4 may 2015-ci il tarixində Portuqaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır.

12 oktyabr 2018-ci il tarixində Azərbaycan-Portuqaliya Xarici İşlər Nazirliklərinin müvafiq idarələri arasında siyasi məsləhətləşmələrin 1-ci mərhələsində iştirak etmək məqsədilə AR XİN İkinci Avropa İdarəsinin rəisi İlqar Muxtarov Lissabon şəhərinə səfər etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1034 nömrəli, 11 mart 2019-cu il tarixli sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

22 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Səfiri Oktay Qurbanov etimadnaməsini bu ölkənin Prezidenti Marselo Rebelo de Souzaya təqdim edib.

 

Ali səfərlər

Dövlət başçıları

2-3 dekabr 1996-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyev Portuqaliya Respublikasında işgüzar səfərdə olmuşdur.

20-21 noyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev NATO-nun Lissabondakı zirvə toplantısında iştirak etmək üçün Portuqaliyada işgüzar səfərdə olmuşdur.

Xarici işlər nazirləri

11-12 iyul 2001 tarixlərində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Xaime Qama Azərbaycanda rəsmi səfərdə olmuşdur.

7 mart 2002-ci il tarixində Portuqaliya Respublikasının xarici işlər cənab Xaime Qama Azərbaycanda işgüzar səfərdə olmuşdur.

15 iyul 2010-cu il tarixində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Luis Amado Azərbaycanda işgüzar səfərdə olmuşdur.

20-21 noyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Portuqaliyada işgüzar səfərdə olmuşdur.

27-29 iyun 2012-ci il tarixlərində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Paulo Portaş Azərbaycanda rəsmi səfərdə olmuşdur. 

16-17 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Portuqaliyada rəsmi səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2012-ci ildə Azərbaycan-Portuqaliya biznes forumu keçirilmişdir. AZPROMO ilə Portuqaliyanın xarici ticarət və investisiya agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

 

Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi  

Saldo

2015

26.204,5

368.874,4

395.078,9

342.669,90

2016

11.003,7

331.278,9

342.282,6

320.275,20

2017 

10.777,3

501.617,8

512.395,1

490.840,50

2018 

15.510,8

528.717,6

544.228,4

513.206,80

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO)

Təşkilatın yaranmasının qısa tarixçəsi: İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının (İCESCO) təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman Islam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülmüşdür.

İƏT üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) islam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan İCESCO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınmışdır.

İCESCO-nun təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində keçirilmişdir. 28 dövlətin təmsil olunduğu Konfransda mərakeşli ictimai-siyasi xadim Əbdül Hadi Butalib (1923-2009) İCESCO-nun ilk baş direktoru seçilmişdir. O, 1982-1991-ci illərdə İCESCO-ya rəhbərlik etmişdir.

Baş direktoru: Dr.Səlim bin Məhəmməd Əl-Malik (09 may 2019-cu ildən etibarən).

Üzv dövlətləri: Hazırda İCESCO-ya 54 dövlət üzvdür. İƏT-ə üzv olan 57 dövlətdən üçü (Albaniya, Türkmənistan və Mozambik) İCESCO-nun üzvü deyildir.

Təşkilatın əsas məqsədləri: İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında təhsil, elm, mədəniyyət, kommunikasiya, tətbiqi elmlər və yüksək texnologiyalar kimi sahələrin İslam dəyərləri çərçivəsində inkişaf etdirilməsi; müsəlmanlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və yuxarıda qeyd edilən sahələr vasitəsilə dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verilməsi.

Təşkilatın üç əsas orqanı var:  Baş Konfrans, İcraiyyə Şura, Baş Direktorluq.

Mənzil-qərargahı:  Rabat, Mərakeş Krallığı

 

Azərbaycan və İCESCO münasibətləri

Azərbaycan Respublikası 1991-ci ildən İCESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İCESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

İCESCO-nun keçmiş Baş direktoru Ə.O.Əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir.

İCESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir.

İCESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində İCESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layıqdir. İCESCO çərçivəsində qəbul edilmiş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr öz əksini tapmışdır.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İCESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İCESCO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İCESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

AR Prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamı əsasında İCESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə İCESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

09-10 noyabr 2017-ci il tarixlərində AR Prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri zamanı “ASAN Xidmət” modelinin İCESCO üzv dövlətlərində tətbiqi məsələləri ilə bağlı “ASAN Xidmət” və İCESCO arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 795 nömrəli, 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə AR-in Mərakeş Krallığındakı səfiri  Oktay Sudef oğlu Qurbanov fövqəladə və səlahiyyətli səfir və Azərbaycan Respublikasının İCESCO yanında daimi nümayəndəsi təyin edilmişdir. 

18 yanvar 2019-cu il tarixində “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə İCESCO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və insanlığa qarşı bir cinayət kimi pislənilmişdir. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilmişdir.

Eyni zamanda, Bəyanatda dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün İCESCO tərəfindən beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciət ünvanlanmışdır.

31 yanvar 2019-cu il tarixində İCESCO tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verilmişdir.