Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu
Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-qeydiyyat idarəsi tərəfindən verilir. Bu pasportların etibarlılıq müddəti adətən 10 ilə qədər olur. Məlum olduğu kimi xaricdə yaşayan vətəndaşlarımızın etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya itmiş pasportlarının yenisi ilə əvəz edilməsi prosesini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu sahədə Daxili İşlər Nazirliyinin müvafiq strukturu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə vətəndaşlarımız öz pasportlarını dəyişdirmək imkanlarına sahib olurlar.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Mərakeş Krallığı, Mali, Seneqal, Tunis, Portuqaliya, Qambiya və Mavritaniyada yaşayan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri Səfirliyin Konsulluq şöbəsinə təqdim etməlidirlər: