18 yaşına çatmamış vətəndaşlara yeni ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlər:
1. Düzgün qaydada doldurulmuş ərizə-anket forması
2. Dörd ədəd 3x4 sm ölçüdə rəngli (donuq/matoviy) fotoşəkil (ərizəçinin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır).
3. Vətəndaş valide
ynlərindən hər hansı birinin pasportuna yazılıbsa, həmin pasportun əsli (qaytarılacaqdır) və 1-ci, 2-ci, 3-cü, 4-cü səhifələrinin surəti və konsulluq qeydiyyatı olan səhifənin surəti
- Valideynlərin şəxsiyyət vəsiqəsi, pasportları və iqamələrinin əsli (qaytarılacaqdır) və surətləri
- Nikah haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
- Vətəndaş valideynlərindən hər hansı birinin pasportuna yazılıbsa həmin valideyn tərəfindən yazılı ərizə
- Doğum haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
- Xəstəxanadan qan qrupu haqqında tibbi arayış və uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış
- Valideynlərin razılıq ərizələri (Səfirlikdə yazılacaq)
- Valideynin iş yerindən arayış
- Uşağın iqaməsinin (qaytarılacaqdır) əsli və surəti
- Valideynlərin razılıq ərizələri üçün rüsum – 60 ABŞ dolları (hər ərizə üçün)
10. Yeni pasportun verilməsi ilə bağlı konsulluq şöbəsində aparılan işlər ilə bağlı 55 ABŞ dolları məbləğində rüsum Səfirliyin “Səudiyyə-Holland” Bankının Ər-Riyad şəhəri filialının 037092936036 saylı hesabına ödənilməli və müvafiq qəbz təqdim olunmalıdır.
Qeydlər:
- Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bəzi hallarda yeni pasportun verilməsi ilə bağlı icraatın yerinə yetirilməsi üçün konsulluq şöbəsi vətəndaşı Səfirliyə dəvət etmək səlahiyyətinə malikdir.
- Azərbaycanda ödəniləcək rüsum vətəndaşın Səfirliyin adına yazılmış ərizəsində adı çəkilmiş Azərbaycanda yaşayan qohumu və ya tanışları tərəfindən Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat idarəsinin bank hesabına ödənilməli və qəbz Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə Təqdim olunmalıdır.
- Konsulluq şöbəsi vasitəsi ilə yeni pasportun rəsmiləşdirilməsi müddəti 3 aydır.
- Yuxarıda göstərilən qaydada uyğun tərtib edilməyən sənədlər geri qaytarılacaqdır. Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun məbləğinin qaytarılmasına məsuliyyət daşımır.