Konsulluq qeydiyyatına alınması
Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər
1. Düzgün qaydada doldurulmuş anket (forma 118 a)
2. Ümumvətəndaş pasportunun əsli və nüsxəsi (etibarlıq müddəti bitməməlidir)
3. Azərbaycanın şəxsiyyət vəsiqəsi və onun iki üzünün nüsxəsi
4. İki (2) ədəd rəngli (3x4 sm) ölçüdə fotoşəkil
5. Pasportun birinci dörd vərəqəsinin surəti
6. Vətəndaşın xarici ölkədə müvəqqəti və ya daimi yaşamasına icazə verən rezident kartı (iqama), tələbələr üçün - tələbə bileti
7. Azyaşlı uşaqlar varsa, onların doğum haqqında şəhadətnamələrinin surətləri və fotoşəkilləri.
Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bəzi hallarda konsulluq qeydiyyatı ilə bağlı icraatın yerinə yetirilməsi üçün konsulluq şöbəsi vətəndaşı Səfirliyə dəvət etmək səlahiyyətinə malikdir.
Konsulluq qeydiyyatına alınma haqqında qeyd pasport cildinin iç üzündə və yaxud pasportun digər boş vərəqində yazılır, sıra nömrə ilə qeydiyyata alınır, konsul tərəfindən imzalanır və möhürlənir.
Vətənə qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər
Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına düşməməsi bir halda onun pasportunun yararlıq müddətinin bitməsi, yararsız vəziyyət düşməsi, itməsi, habelə, o vətəninə deportasiya ediləndə, və yaxud mövcud pasportdan istifadə edə bilmədiyi halda (məsələn müddəti bitmiş pasportdan) vətəninə təcili qayıtmaq zəruriyyəti yarandıqda ona konsulluq şöbəsi tərəfindən Qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.
Qayıdış şəhadətnaməsi pasportu müvəqqəti əvəz edən sənəddir. Rəsmiləşdirildiyi tarixdən etibarlıq müddəti bir (1) aydan üç( 3) ayadək olan bu sənəd yalnız Azərbaycana bir dəfə səfər etmək üçün nəzərdə tutulur. Şəhadətnamənin sahibinin digər ölkələrdən yalnız tranzit keçmək hüququ vardır.
1. Ərizə (Səfirliyin adına ünvanlanmış ərizədə ərizəçinin soyadı, adı, atasının adı, xarici ölkəyə gəlmək tarixi, orada yaşayış ünvanı, müraciətin səbəbi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb-çıxmaması, Azərbaycana nəzərdə tutulan getmə tarixi və dəqiq marşrutu göstərilməlidir).
2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanından pasportun itirilməsini təsdiq edən arayış - əsli, Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz )
3. Aviakassadan biletlərin sifariş arayışının surəti
3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz
4. Fotoşəkil 2 ədəd (3x4 sm) ölçüdə
5. Ərizəçi ilə birlikdə onun pasportuna salınmış uşaq (uşaqları) Azərbaycana qayıdacağı halda, bu pasportun əsli və ya surəti (pasportun 2, 3, 4 və 5-ci səhifələrinin surəti) və uşaq (uşaqlarım) doğum haqqında şəhadətnamələrinin əsli və surəti, ərizəçinin uşaqlar ilə birlikdə çəkilmiş 2 ədəd fotoşəkil
6. Səfirliyin “Səudiyyə-Holland” Bankının Ər-Riyad şəhəri filialının 037092936036 saylı hesabına 40 ABŞ dolları məbləğində rüsumun ödənilməsi haqqına qəbz təqdim olunmalıdır.
Qeyd: Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi müddəti bir (1) aydır. Yuxarıda göstərilən qaydada uyğun tərtib edilməyən sənədlər geri qaytarılacaqdır. Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun məbləğinin qaytarılmasına məsuliyyət daşımır.