2016-04-08

“Bəyən əl-Yaum” qəzetində “Ermənistan ilə Azərbaycan arasında şiddətli döyüşlər gedir

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar Mərakeşin “Bəyən əl-Yaum” qəzetində “Ermənistan ilə Azərbaycan arasında şiddətli döyüşlər gedir” başlıqlı məqalə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli bəyanatı dərc olunmuşdur.

Müəllif Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq baş vermiş toqquşmaların ilk günlərində 12 nəfər Azərbaycan əsgərinin şəhid olduğunu, Azərbaycan ordusunun üç strateji yüksəkliyi ələ keçirdiyini, yüzlərlə erməni əsgərinin qətlə yetirildiyini bildirmişdir.

Müəllif təmas xəttində baş verənlərlə bağlı BMT Baş katibinin, ABŞ Dövlət katibinin, Rusiya prezidentinin, Fransa prezidentinin, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin baş verənlərlə bağlı öz narahatlıqlarını ifadə etdiyini və münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırdıqlarını qeyd etmişdir.

Müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının 03 aprel 2016-cı il tarixində təcili toplantısının keçirildiyini bildirmiş, dövlət başçısının atəşkəsi birtərəfli qaydada dayandırdıqlarını bəyan etdiyini, ölkəsinin atəşkəsi pozmadığını və Ermənistan ordusuna münasib cavab verdiklərini vurğuladığını diqqətə çatdırmışdır.

Daha sonra təmas xəttində baş verənlərlə bağlı İSESKO-nun Baş direktoru Ə.O.ə-Tüveycrinin bəyanatına toxunan müəllif baş direktorun Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmağa çağırdığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etmiş, İƏT tərəfindən verilmiş bəyanatda isə təşkilatın Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmağa çağırdığını, Minsk qrupundan münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində təcili həllinə nail olunması istiqamətində konstruktiv addımlar atmağı tələb etdiyini qeyd etmişdir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və Dağlıq Qarabağ ətrafı yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini, bir çox beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini və bu qətnamələrin Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb etdiyinə toxunan müəllif bütün bunlara baxmayaraq Ermənistanın hələ də təcavüzkar əməllərindən əl çəkmədiyini bildirmişdir.

O, Azərbaycanın beynəlxalq hüquqa, BMT nizamnaməsinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşdığını qeyd etmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenlyi, beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həllini tələb edən rəsmi Bakının işğal olunmuş torpaqlarının bir qarışını belə kompromisə getməyəcəyini vurğulamışdır.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetində “Ermənistan ilə Azərbaycan arasında şiddətli döyüşlər” başlıqlı məqalə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli bəyanatı dərc olunmuşdur.

Məqalədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyiniin məlumatına əsaslanaraq qoşunların təmas xəttində cərəyan edən hadisələr barədə məlumat yer almış, Azərbaycan ordusunun üç strateji yüksəkliyi ələ keçirdiyi bildirilmişdir.

Müəllif təmas xəttində baş verənlərlə bağlı BMT Baş katibi P.G.Munun, ABŞ Dövlət katibi C.Kerrinin, Rusiya prezidenti V.Putinin, Fransa prezidenti F.Ollandın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi F.Moqerinin baş verənlərlə bağlı öz narahatlıqlarını ifadə etdiyini və münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırdıqlarını qeyd etmişdir.

Müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyini bildirmiş, cənab Prezidentin atəşkəsi birtərəfli qaydada dayandırdıqlarını bəyan etdiyini, ölkəsinin atəşkəsi pozmadığını və Ermənistan ordusuna münasib cavab verdiklərini bildirdiyini diqqətə çatdırmışdır.

Təmas xəttində baş verənlərlə bağlı İSESKO və İƏT tərəfindən bəyanatlar verildiyini bildirən məqalə müəllifi bəyanatlarda hər iki mötəbər təşkilatın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmağa çağırdığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etmişdir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və Dağlıq Qarabağ ətrafı yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini, ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu amansız soyqırımlar törətdiyini, bir çox beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini və bu qətnamələrin Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb etdiyinə toxunan müəllif bütün bunlara baxmayaraq Ermənistanın hələ də təcavüzkar əməllərindən əl çəkmədiyini bildirmiş və Azərbaycanın hökumət  və xalq olaraq Azərbaycan ədalətinə dəstək verən dost və qardaş ölkələrə, o cümlədən Mərakeş Krallığına minnətdar olduğunu qeyd etmişdir.

Məqalənin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli ingilis dilində bəyanatı dərc olunmuşdur.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar bildirmək istərdik ki, İSESKO-nun Baş direktoru Ə.O.ət-Tüveycri tərəfindən verilmiş bəyanatı ehtiva edən məktub Səfirliyə daxil olmuşdur.

Bəyanatda deyilir:

“İSESKO-nun Baş direktoru Ə.O.ət-Tüveycri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda regionunda, Azərbaycan ərazisində törətdiyi hərbi təcavüzləri, eləcə də iki ölkə arasındakı atəşkəsi dəfələrlə pozduğunu pisləyib. Dr. Ə.O.ət-Tüveycri bildirib ki, Ermənistan son illər ərzində bu regionda bir çox məscidləri, mədəniyyət obyektlərini dağıtmış, regionun yüz minlərlə əhalisini öz duğma yurd-yuvalarından didərgin salmışdır. Baş direktor təhlükəsizlik məsələləri, insan hüquqları, humanitar mədəni irsin qorunması üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları beynəlxalq hüquqa zidd olan əməllərin dayandırılması üçün müdaxilə etməyə çağırmışdır”.

 

Arxiv üzrə axtarış