Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar bildirmək istərdik ki, İSESKO-nun Baş direktoru Ə.O.ət-Tüveycri tərəfindən verilmiş bəyanatı ehtiva edən məktub Səfirliyə daxil olmuşdur.
Bəyanatda deyilir:
“İSESKO-nun Baş direktoru Ə.O.ət-Tüveycri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda regionunda, Azərbaycan ərazisində törətdiyi hərbi təcavüzləri, eləcə də iki ölkə arasındakı atəşkəsi dəfələrlə pozduğunu pisləyib. Dr. Ə.O.ət-Tüveycri bildirib ki, Ermənistan son illər ərzində bu regionda bir çox məscidləri, mədəniyyət obyektlərini dağıtmış, regionun yüz minlərlə əhalisini öz duğma yurd-yuvalarından didərgin salmışdır. Baş direktor təhlükəsizlik məsələləri, insan hüquqları, humanitar mədəni irsin qorunması üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları beynəlxalq hüquqa zidd olan əməllərin dayandırılması üçün müdaxilə etməyə çağırmışdır”.məktub