2016-04-08

Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetində “Ermənistan ilə Azərbaycan arasında şiddətli döyüşlər” başlıqlı məqalə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli bəyanatı dərc olunmuşdur.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetində “Ermənistan ilə Azərbaycan arasında şiddətli döyüşlər” başlıqlı məqalə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli bəyanatı dərc olunmuşdur.

Məqalədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyiniin məlumatına əsaslanaraq qoşunların təmas xəttində cərəyan edən hadisələr barədə məlumat yer almış, Azərbaycan ordusunun üç strateji yüksəkliyi ələ keçirdiyi bildirilmişdir.

Müəllif təmas xəttində baş verənlərlə bağlı BMT Baş katibi P.G.Munun, ABŞ Dövlət katibi C.Kerrinin, Rusiya prezidenti V.Putinin, Fransa prezidenti F.Ollandın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi F.Moqerinin baş verənlərlə bağlı öz narahatlıqlarını ifadə etdiyini və münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırdıqlarını qeyd etmişdir.

Müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyini bildirmiş, cənab Prezidentin atəşkəsi birtərəfli qaydada dayandırdıqlarını bəyan etdiyini, ölkəsinin atəşkəsi pozmadığını və Ermənistan ordusuna münasib cavab verdiklərini bildirdiyini diqqətə çatdırmışdır.

Təmas xəttində baş verənlərlə bağlı İSESKO və İƏT tərəfindən bəyanatlar verildiyini bildirən məqalə müəllifi bəyanatlarda hər iki mötəbər təşkilatın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmağa çağırdığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etmişdir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və Dağlıq Qarabağ ətrafı yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini, ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu amansız soyqırımlar törətdiyini, bir çox beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini və bu qətnamələrin Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb etdiyinə toxunan müəllif bütün bunlara baxmayaraq Ermənistanın hələ də təcavüzkar əməllərindən əl çəkmədiyini bildirmiş və Azərbaycanın hökumət  və xalq olaraq Azərbaycan ədalətinə dəstək verən dost və qardaş ölkələrə, o cümlədən Mərakeş Krallığına minnətdar olduğunu qeyd etmişdir.

Məqalənin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 03 aprel 2016-cı il tarixli ingilis dilində bəyanatı dərc olunmuşdur.

Məqalə

 

 

Arxiv üzrə axtarış