2016-05-17

Azərbaycan Ermənistandakı köhnəlmiş atom elektrik stansiyasının yaratdığı risklərdən narahatdır

Ermənistan tərəfindən nüvə və digər radioaktiv materialların yayılması tendensiyası ilə bağlı faktları ehtiva edən məlumat Mərakeşin digər bir elektron ünvanı olan www.agora.ma internet portalında yerləşdirilmişdir.

 

Məlumatda Azərbaycanın Ermənistanın nüvə təhdidləri ilə bağlı beynəlxalq birliyi dəfəlrələ xəbərdar etdiyi bildirilmiş və xəbərdarlığın bu yaxınlarda yüksək rütbəli erməni rəsmilərinin ölkələrinin müxtəlif nüvə və radioaktiv materiallarına malik olması ilə bağlı səsləndirdikləri fikirlərdən sonra daha açıq şəkil aldığı qeyd olunmuşdur.

Müəllif Azərbaycanın əsas narahatlığının Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası (AES) qurğularının köhnəlməsi və baxımsız halda olmasından irəli gəldiyini diqqətə çatdırmış və buna görə qeyd edilən nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində bağlanmasına sıx ehtiyac olduğunu vurğulamışdır.

Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasından danışmış, erməni vətəndaşlarından ibarət qruplaşmaların nüvə qaçaqmalçılığı məqsədilə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstan ərazisindən istifadə etdiklərini bildirərək, erməni qruplaşmalarının 2010-2013-cü illər ərzində yüksək zənginləşdirilmiş “Sezium 137” maddəsinin qaçaqmalçılığında təqsirli bilinərək həbs edildiyini qeyd etmişdir.

O, Yaxın Şərq regionuna satılması planlaşdırılan və qara bazarda milyon dollarla qiymətləndirilən “Uran 238”-in qaçaqmalçılığına görə 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun cari ilin aprel ayında Gürcüstan ərazisində tutulduğunu diqqətə çatdırmışdır.

Sonda müəllif Ermənistan tərəfindən müxtəlif dövrlərdə nüvə və radioaktiv materialların qeyri-qanuni satışını və qaçaqmalçılığını əks etdirən tutarlı dəlillərə əsaslanan ingilis dilində məlumatı oxucularının diqqətinə təqdim etmişdir.

məlumatın linki      http://www.agora.ma/138470.html

Arxiv üzrə axtarış