2020-03-17

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Mərakeş, Portuqaliya, Tunis, Seneqal, Qambiya, Mali və Mavritaniyada yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızı diqqətli olmağa çağırır və mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Səfirliyinin “qaynar xətt” nömrəsi ilə əlaqə saxlamalarını tövsiyə edir:

Əlaqə mobil telefonu (+212) 762 74 35 35

Yuxarıda sadalanan ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlardan Səfirliyin rabat@mission.mfa.gov.az elektron poçtu vasitəsilə də əlaqə saxlayaraq,  Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyində konsul qeydiyyata düşmələri xahiş olunur.

Eyni zamanda, yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmək, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmək tövsiyə olunur.

Mərakeş Krallığı, Portuqaliya və Tunis Respublikasında yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda aşağıdakı müvafiq dövlət orqanlarının qaynar xəttlərinə müraciət edə bilərlər:

Mərakeş Krallığının Səhiyyə Nazirliyi (qaynar xətt):

“Allo Yakada”: (+212) 0801004747

“Allo SAMU”: (+212) 141

Portuqaliya Milli Səhiyyə Xidmətinin Əlaqə mərkəzi (qaynar xətt)

Portuqaliya (kontinent) – (+351) 808 24 24 24 (İngilis dili üçün 9 düyməsi)

Azor adaları – (+351) 808 24 60 24

Madeyra adası – (+351) 800 24 24 20

Tunis Respublikasının Səhiyyə Nazirliyi:

Qaynar Xətt: (+216) 80 10 19 19

“Allo SAMU”: (+216) 190

Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Arxiv üzrə axtarış